14:51
(077) 610-22-33

Krım rəhbəri rəsmi Kiyevlə danışıqlardan danışdı

  • >
714 5 Mart 2014 09:20 | Region

Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Ukrayna Ali Radasının nümayəndələri ilə danışıqdan imtina etdi.

AzNews.az-ın "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, bunu muxtar respublikanın Nazirlər Kabinetinin sədri Serqey Aksyonov deyib.
S. Aksyonov bildirib ki, danışıqlardan imtinaya səbəb rəsmi Kiyevin hazırkı Krım rəhbərliyinin legitimliyini qəbul etməməsi ilə bağlıdır.

Ali Radadan isə bildirilib ki, Krım hökuməti ilə birgə monitorinq qrupunun yaradılmasına dair ilkin razılıq əldə olunub.

Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviç istefaya göndərildikdən sonra Krım Muxtar Respublikasında çoxluq təşkil edən ruslar yeni hakimiyyətə etiraz edərək, onların legitimliyini tanımayıblar.

Krım parlamentinin növbədənkənar sessiyasında isə "Ruskoye edinstvo" təşkilatının sədri Serqey Asyonov muxtar respublikanın Nazirlər Kabinetinin sədri seçilib. Bundan sonra Krımın öz müqəddəratının təyin olunması adı altında referendumun keçirilməsi ilə bağlı qərar qəbul olundu. Referendumun martın 30-da keçirilməsi gözlənilir.

Yarımadanın yeni hökuməti Krımın Ukraynanın tərkibindən çıxması məqsədilə rəsmi Moskva ilə separat danışıqlara başlayıb. Hazırda yarmadanın həyatiəhəmiyyətli obyektləri Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir.


AzNews.az
Bağla X