07:34
(077) 610-22-33

“Ərdoğan kreslosuna görə ölkəni vətəndaş qırğınına sürükləyər“ - Şok iddia

  • >
781 5 Mart 2014 20:51 | Region

iAKP-nin qurucularından olan Əbdullətif Şənər Ərdoğanla bağlı inanılmaz iddialar səsləndirib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əbdüllətif Şənər Türkiyənin hakim partiyası AKP-nin qurucularındandır və 2002-ci ildən 2007-ci ilə qədər Baş nazir Rəcəb Tayyib Ərdoğana çox yaxın şəxslərdən biri olub. Ancaq 2007-ci ildə gözlənilməz bir qərarla partiyadan istefa verərək, yeni partiya (Türkiyə Partiyası) yaradıb. Ərdoğanı yaxşı tanıyan biri olaraq Şənər maraqlı açıqlamalar verib.

Səs yazıları montaj deyil

"AKP qurulduqdan sonra 5 il Ərdoğanla bir yerdə oldum. Qorxunc korrupsiyaya qurşandığını da o zaman gördüm. Ən çox da bundan narahat idim. Ərdoğanla oğlu arasında olan danışığı əks etdirən səs yazısının da montaj olma ehtimalı sıfıra bərabərdir. Ərdoğan səs yazısı çıxdıqdan sonra "kriptolu (şifrəli. – red.) telefonlarımızı belə dinləyiblər", - dedi. Bu səs yazısının ona aid olduğunun etirafı idi. Bu ölkə tarixi boyu heç vaxt görünməmiş şəkildə talan edilib".

Qanlı toqquşmaya təşviq edər

Daha sonra Şənər bildirib ki, Ərdoğan özünə fokuslanan birisidir. "O, düşünməmək, devrilməmək, ayaq üstə qalmaq, kreslonu itirməmək üçün lazım gəlsə, ölkəni vətəndaş qırğınına sürükləyər, qanlı müharibəyə belə sövq edər. Bu qədər çirkaba batmış bir insan belə gücə sahib olduqdan sonra hər şey edər. Hüquq dövlətini tanımaz".

30 mart seçkiləri vacibdir

Son olaraq Şənər martın 30-da keçiriləcək bələdiyyə seçkisinin əhəmiyyətindən danışıb:

"Ərdoğan istədiyi səsi qazansa, prezident olmaq sevdasından vaz keçməyəcək. O, bu qərarını bələdiyyə seçkilərinin nəticələrinə uyğun olaraq verəcək".


AzNews.az
Bağla X