12:30
(077) 610-22-33

Ukraynada rus casusu “ovu” davam edir

  • >
969 12 Mart 2014 15:05 | Region


Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olan şəxsi saxladığına dair açıqlama yayıb.

AzNews.az-ın UTX-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 12-də gecə saatlarında Ukraynanın Xerson vilayətində həyata keçirilən əməliyyat nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ələ keçirilib: "Aparılan tədbirlər zamanı müəyyən edilib ki, qrupun məqsədi ərazinin əməliyyat şəraitinin öyrənilməsi, Ukrayna hərbçilərinin toplanış yerlərinin və döyüş hazırlığının müəyyənləşdirilməsi olub. O da bəlli olub ki, qrup Xerson vilayətinin Kaxovka şəhərində dislokasiya olunan 3-cü zenit-raket divizionu, 208-ci zenit-raket briqadası, 79-cu avtomobil briqadası haqda kəşfiyyat hərəkətləri aparıblar. Rusiyadan gələn qrupun qarşısına Ukrayna Sərhəd Qoşunlarının zastavalarının yerinin və sayının müəyyən edilməsi də qoyulub".

UTX qeyd olunan kəşfiyyat qrupun rəhbərinin kimliyini də qismən müəyyənləşdirə bilib: "İkin məlumata görə, kəşfiyyat qrupunun rəhbərinin 1981-ci ildə Rusiyanın Ryazan vilayətində anadan olan, Arbuzov Yevqeni Sergeyeviçin olduğu müəyyən olunub".

AzNews.az
Bağla X