Duma Krımın Rusiyaya birləşdirilməsini rəsmiləşdirdi – Qərar


Dövlət Duması Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edib.

AzNews.az-ın məlumatına görə, Dumanın hazırda davam edən yığıncağında Krımın separatçı rəhbərliyi tərəfindən keçirilən "referendum"un yekun nəticələri dəstəklənib.

Bununla da Rusiya parlamenti yarmadanı Krım Respublikası olaraq, federasiyanın inzibati ərazisinə daxil edib.

Məsələ yaxın vaxtlarda Rusiya Federasiya Şurası tərəfindən də baxılacaq.

Xatırladaq ki, martın 16-da Krım Muxtar Respublikasının separatçı rəhbərliyi tərəfindən "referendum" keçirilib. Referenduma iki sual çıxarılıb: "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" və "Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?"

Seçicilər "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" sualını dəstəkləyib.

Məhəmməd
AzNews.az