07:28
(077) 610-22-33

Moskvada erməni taksi sürücüsü öldürüldü

  • >
640 24 Mart 2014 18:45 | Region

Rusiyanın paytaxtı Moskvada 35 yaşlı erməni taksi sürücüsü bıçaqlanaraq öldürülüb

Musavat.com "İnterfax"a istinadən xəbər verir ki, əraziyə gələn polis əməkdaşları cəsədə baxış keçirib və məlum olub ki, öldürülən şəxs Ermənistan vətəndaşıdır.

Polisin bildirdiyinə görə, bir neçə ay öncə Moskvaya işləmək üçün gələn erməni gənci xüsusi amansızlıqla öldürülüb.

İlkin ehtimallara görə, cinayətə səbəb öldürülən şəxsin kimlərəsə borclu olmasıdır.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az
Bağla X