- Köhnə - Region
- 11 Aprel 2014 12:15
- 2 474
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edildi
Ölkə Prezidentinin qərarı təsdiqləməsindən sonra ədliyyə naziri Bəkir Bozdağ Ali Şuranın tərkibinin dəyişdirilməsi haqqında sərəncam imzalamışdı. Sənədə əsasən, Şuraya əlavə olaraq baş katibin beş müavini, eləcə də üç müfəttiş təyin edilmişdi. Şuranın Ədliyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) Konstitusiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Türkiyədə Hakimlər və Prokurorlar Ali Şurası 1981-ci ildə təsis edilib. Şuranın səlahiyyətlərinə hakim və prokurorların hazırlanması, işə təyin olunması, eləcə də onların işdən kənarlaşdırılması və məhkəmə proseslərinə təyin edilməsi daxildir.
AzNews.az