22:24
(077) 610-22-33

İranla sərhəddə yenilik

  • >
812 7 Avqust 2014 10:00 | Region

"İran və Azərbaycan arasındakı sərhəd keçid məntəqələri 24 saatlıq iş rejiminə keçəcək".
AzNews.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.

O bildirib ki, sərhəd keçid məntəqələri sistemində yeniliklər ediləcək. Bununla yanaşı nazir həmçinin qeyd edib ki, Naxçıvan MR vətəndaşlarının İran tərəfinə keçidi ilə bağlı da viza rejiminin sadələşdirilməsi gözlənilir.

Qeyd edək ki, dünən iki ölkə arasında Hökümətlərarasın Komissiyanın iclası keçirilib. İclasda bir sıra sahələrdə razılıqlar əldə edilib.

AzNews.az
Bağla X