06:29
(077) 610-22-33

Rəfsəncani yenə prezidentlik iddiasına düşüb

  • >
346 11 Sentyabr 2012 15:48 | Region

İranın eks prezidenti, Məsləhət Məclisinin sədri Əliəkbər Haşimi Rəfsəncani ölkədə problemlərdən çıxış yolunu azad seçkilərin keçirilməsində görüb. Rəfsəncani universitet tələbələri və müəllimlərlə görüşündə bildirib ki, azad seçkilərin keçirilməsi xalqda etimad və inam yaradaraq bununla da xarici düşmənləri məyus edə bilər.

Görüş zamanı keçmiş prezident ölkədə olan durumla bağlı tənqidi fikirlərini səsləndirib. Rəfsəncaninin fikrincə, İranda iqtisadi çətinliklər, o cümlədən inflasiya və milli valyutanın dəyərinin azalması ilə müşahidə olunan problemlərdən çıxış yolu azad seçkilərdir.

Beləliklə də Rəfsəncaninin 2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ehtimalı qüvvətlənib. Məlumat üçün bildirək ki, Haşimi Rəfsəncani İran- İraq müharibəsindən sonra 8 il müddətinə İranın prezidenti olub. Onun prezidentliyi İranın infrostrukturunun dağılması, 50 faizlik büdcə kəsirinin yaratdığı iqtisadi-sosial çətinliklərlə yadda qalıb. Rəfsəncani Xatəminin prezidentliyi başa çatdıqdan sonra öz namizədliyin irəli sürsə də, Əhmədinejadın qələbə qazanması ilə seçkiləri uduzub.

Alpər
AzNews.az
Bağla X