Baş nazirin Twitter hesabını sındırdılar

AzNews.az İTAR-TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər Rusiyanın baş naziri Dmitriy Medvedevin "Twitter"də mikrobloqunu sındırıblar Bu barədə informasiya hpkumətin mətbuat xidməti tərəfindən təsdiqlənib: "Baş nazirin "Twitter"i sındırılıb. Mikrobloqda yerləşdirilən son məlumatlar həqiqətə uyğun deyil".

Qeyd edək ki, Baş nazir 2010-cu ildə ABŞ-a səfər edərkən mikrobloq yaradıb. Onun hesabı Rusiya bloqsferasında ən məşhur mənbələrdən biridir. 2013-cü ilin oktyabrında baş nazirin hesabı 2 milyonluq izləyici sayını keçib. Hazırda onun 2,5 milyondan çox oxucusu var. Onun rus dilində olan hesabı ilə yanaşı ingilis dilində hesabı da fəaliyyət göstərir. Bununla yanaşı baş nazirin "facebook" və "instagram"da da hesabı var.

AzNews.az