09:36
(077) 610-22-33

Ukrayna 789 hərbçi itirib

  • >
604 29 Avqust 2014 20:23 | Region

Ukraynanın Şərqində hərbi əməliyyatların keçirildiyi ərəfədə 789 hərbi qulluqçu həlak olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko bu gün Kiyevdə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yalnız son gün ərzində 10 Ukrayna döyüşçüsü həlak olub, 30 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2789 hərbçinin yaralandığı deyilir.

Avqustun 24-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, döyüş zamanı 722 hərbçi həlak olmuşdu.

AzNews.az
Bağla X