11:27
(077) 610-22-33

Putin diplomatın öldürülməsini “dəhşət” adlandırdı

  • >
529 14 Sentyabr 2012 15:29 | Region

"Dövlətlər öz vətəndaşlarının dini hisslərinə toxunulmasına göz yumurlar"



Rusiya prezidenti Vladimir Putin Liviyadakı ABŞ səfirinin və daha 3 əməkdaşın öldürülməsinə münasibət bildirib. AzNews.az-ın dni.ru saytına istinadən verdiyi xəbərə görə, Putin ABŞ səfirinin öldürülməsi ilə nəticələnən olayı qınayıb: "Bu cür addımı ancaq qınamaq olar. Biz bu hadisəni qınayırıq və ölənlərin ailəsinə baş sağlığı veririk. Adi insan ölümü qəddar cinayətdir- hüquqları beynəlxalq normalarla qorunan diplomatın öldürülməsi isə daha dəhşətlidir".

Putin ABŞ-ın bostanına daş atmaqdan da çəkinməyərək bildirib ki, Rusiya ABŞ-dan fərqli olaraq problemlərin həllində ancaq danışıqlar yoluna üstünlük verir.

Putin baş verən insidentlərə görə, müsəlman dövlətlərinin rəhbərlərini də qınayıb. O, bildirib ki, dövlətlər öz vətəndaşlarının dini hisslərinə toxunulmasına göz yumurlar və lazımi diplomatik reaksiya vermirlər. Bu səbəbdən də vətəndaşlar ayağa qalxır və özləri dini heysiyyatlarını qəddar üsullarla qorumaq məcburiyyətində qalırlar.

Sadiq
AzNews.az
Bağla X