08:27
(077) 610-22-33

Gürcüstan tarixində bir ilk

  • >
678 21 Sentyabr 2012 09:59 | Region

Daxili İşlər Naziri qadın oldu



Gürcüstan tarixində ilk dəfə Daxili İşlər naziri qadın təyin olunub. AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, istefa verən nazir Baço Axalayanın yerinə onun birinci müavini Yekaterina Zquladze təyin edilib. Verilən məlumata görə, Zquladzenin namizədliyini şəxsən prezident Mixail Saakaşvili irəli sürüb.

Xanım nazir artıq ilk vədlərini də verib. O, söz verib ki, Gürcüstan həbsxanalarında zorakılıq halları ən aşağı səviyyəyə çatdırılacaq və bu cür hallara yol verilməyəcək. Bundan əlavə o, parlament seçkilərinin tam əmin-amanlıq şəraitində keçəcəyinə vurğulayıb.

"Gürcüstanda zorakılığa yer yoxdur. Biz və uşaqlarımız təhlükəsiz şəraitdə yaşamalıdırlar. Seçkilər isə azad və təhlükəsizlik şəraitində keçməlidir"

Sadiq Musa
AzNews.az
Bağla X