11:27
(077) 610-22-33

Erməni XİN-i: “Macarıstandan konkret addımlar gözləyirik”

  • >
265 27 Sentyabr 2012 09:59 | Region

Ermənistan Xarici İşlər Nazirliyi Macarıstan tərəfinin notasına cavab verib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, biz Macarıstan tərəfindən konkret addımlar gözləyirik.

O, həmçinin qeyd edib ki, Ermənistanın diplomatik münasibətlərin bərpası ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bununla belə, Balayan "Macarıstan tərəfindən konkret addımlar gözləyirik" deyərkən əslində nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Xatırladaq ki, Macarıstan tərəfi Ermənistana birtərəfli münasibətlərin dayandırılması ilə bağlı nota təqdim etmişdi. Notada Macarıstanın diplomatik münasibətləri bərpa etməkdə maraqlı olması barədə qeyd yer alırdı.

Nəzərinizə çatdıraq ki, iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına səbəb Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi olub.

Sadiq Musa
AzNews.az
Bağla X