00:32
(077) 610-22-33

İrəvanda atışma - 3 ölü (Yenilənib 2)

  • >
3 791 4 Mart 2015 17:08 | Region

Ermənistanın paytaxtı İrəvan şəhərində 3 nəfərin qətlində istifadə edilən 1 avtomat və 2 tapança tapılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumatda deyilir ki, tapançanın biri adı bu vaxtadək açıqlanmayan Mesrop Melikyanın meyitinin yanında aşkar edilib.











***
15:35

İrəvanda baş verən atışmanın səbəbləri açıqlanıb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Məlumata görə, münaqişə nəticəsində ölən şəxslərin kriminal dəstənin üzvləri olduğu bəlli olub. Ölənlərdən biri "Levik 3-cü məntəqədən" ləqəbli 43 yaşlı Levon Kazaryan, ikincisi "Dero" ləqəbli 35 yaşlı Drastamat Tadevosyandır. 3-cü şəxsin adı isə açıqlanmır.

Qeyd edək ki, hadisə "Nubaraşen" cəzaçəkmə məntəqəsinin önündə baş verib. Atışma zamanı 3 nəfər ölüb.

Hadisəni törədən şəxslərin kimliyi açıqlanmır.



***
15:03

Ermənistanın paytaxtı İrəvan şəhərində atışma olub.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Məlumatda deyilir ki, hadisə Nubaraşen rayonunda qeydə alınıb.

Bir neçə şəxs avtomat silahla "Nibaraşen" cəzaçəkmə məntəqəsinin önündə atəş açıb.

Nəticədə 1 nəfər yerində, 2 nəfər isə xəstəxanada keçinib.


Hadisə yerinə polis əməkdaşları gələrək olayın hansı səbəbdən baş verdiyini araşdırır.
Bağla X