- Köhnə - Region
- 19 Mart 2015 21:49
- 2 829
Təlimlərdə iştirak edən qoşunların sayını iki dəfə artırdı - Rusiya
Rusiyada hərbi təlimlərə cəlb olunan şəxsi heyətin sayı 80 min nəfərə, aviasiya texnikasının sayı isə 220-ə çatdırılıb
APA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.
Qeyd edək ki, martın 16-dan 21-dək Rusiyada silahlı qüvvələrin döyüş hazırlığının planlaşdırılmamış yoxlanılması həyata keçirilir. Məlumata görə, təlimlərdə xüsusi diqqət Arktikada həyata keçirilən manevrlərə yönəldilib.