00:32
(077) 610-22-33

ABŞ tankları Gürcüstanda

  • >
2 017 26 Mart 2015 22:00 | Region

ABŞ desantları və ağır hərbi texnikası Gürcüstana gətirilib.

Bu barədə Gürcüstan mətbuatı yazır.

Xəbərə görə, ABŞ hərbçiləri, "Bredli" BMP-lərinin və tanklarının Gürcüstana gətirilməsinin səbəbi hərbi təlimlərdə iştirak etməkdir.

Təlimlərin keçirilməsi hələ ötən ilin oktyabr ayında planlaşdırılmışdı. Təlimlərdə Gürcüstan hərbi polisi də iştirak edəcək.

2015-ci ilin payızında isə Gürcüstanda NATO təlim mərkəzinin açılması planlaşdırılır. Hazırda NATO ekspertləri ölkədə aerodrom və poliqonların mövcud olduğu potensial bazalara baxış keçirirlər.
Bağla X