04:41
(077) 610-22-33

Azərinin verilişi dayandırıldı?

  • >
1 037 10 Dekabr 2012 17:09 | Şou-biznes

Türkiyənin TRT Avaz telekanalı vasitəsilə yayımlanan "Azərinlə bir Avaz" verilişi bu axşam canlı şəkildə təqdim olunmayacaq. Bu həftə tamaşaçılar verilişin təkrarlarından birini izləyə biləcəklər.

AzNews.az-ın məlumatına görə, buna səbəb əməkdar artist Azərinin Beynəlxalq Hüquqların Müdafiə günü ilə bağlı Amsterdamda keçirilən irimiqyaslı tədbirə dəvət alması olub.

Azərin artıq bu mərasimdə iştirak edib və Azərbaycan mahnısını ifa etməklə qonaqların böyük alqışını qazanıb. Azərinin Azərbaycan hüdudlarından kənarda fəaliyyəti və məhz beynəlxalq səviyyədə keçirilən bu kimi tədbirlərdə Azərbaycanın səsinin eşidilməsi, musiqimizin, mədəniyyətimizin təbliği təqdirəlayiq hal kimi qiymətləndirilib.

Əməkdar artist Avropa səfəri barədə daha ətraflı məlumatı Türkiyəyə qayıtdıqdan sonra verəcək.

Fuad Mədətov
AzNews.az
Bağla X