Azərbaycan əsilli müğənni Emin Ağalarov rusiyalı müğənni Qriqoriy Lepsin prodüsser mərkəzi ilə birlikdə “Tıxacda” adlı klip çəkdirib. Azərbaycan əsilli müğənni Emin Ağalarov rusiyalı müğənni Qriqoriy Lepsin prodüsser mərkəzi ilə birlikdə “Tıxacda” adlı klip çəkdirib.

Emin “yıxıldı”- FOTO

Azərbaycan əsilli müğənni Emin Ağalarov rusiyalı müğənni Qriqoriy Lepsin prodüsser mərkəzi ilə birlikdə “Tıxacda” adlı klip çəkdirib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Emin Ağalrov klipin çəkilişlərini Moskvada “Crocus City” kompleksinin ərazisində həyata keçirib. Mahnı əfsanəvi Moskva tıxaclarına həsr edilib. Musiqinin bir hissəsində Emin Lepsin soyadını da xatırladır. Hər iki müğənni klipdə öz lüks avtomobilləri ilə çəkiliblər. Kadrların birində Ağalarov yerə yıxılır və Leps ona qalxmaqda kömək edir.

Qarşıda Leps, Ağalarov və onların tərəfadşı Sergey Kojevnikovu daha bir möhtəşəm layihə gözləyir: yay aylarında Bakıda baş tutacaq növbəti “Жара” festivalında Rusiyanın bir çox tanınmış sənətçiləri iştirak etməlidir.