06:10
(077) 610-22-33

Nazpəri Dostəliyevanın tədbirində qalmaqal

  • >
741 7 Fevral 2013 15:23 | Şou-biznes

Səbəbkar klipin təqdimatına gəlmədi, qonaqlar acıq etdi



Bu saatlarda bəstəkar-müğənni Arif Səlimovun "O mənəm" adlı klipinin təqdimat mərasimi keçirilir. Sözügedən klip xalq artisti Nazpəri Dostəliyevanın dəstəyi ilə ərsəyə gəlib. Bəlkə elə buna görədir ki, Nazpəri xanım iki saatdan da çoxdur ki, qələm əhlinin gözünü yolda qoyub.

Tədbir saat 2-yə təyin olunsa da, müğənnini gördüm deyən yoxdur. Hələ bu harasıdır. Arif Səlimovun özü də klipgördüyə dəvət etdiyi qonaqlara, yəni müğənni Rövşən Civişova hörmətsizlik edib. Ona göstərilən yeri bəyənməyən müğənni tədbiri başlamamış tərk edib. Bundan ürəyi soyumayan R.Civişov xalq artisti Flora Kərimovaya telefon açaraq, ona qarşı edilən hörmətsizliyi bəyan edib. F.Kərimovanın özü də bu tədbirə dəvət alanlar arasındadır.

Qeyd edək ki, klipin rejissoru Rəhman Hacıyev, sözləri Zahir Abbas, musiqisi Arif Səlimovundur. Mərasimdə həmçinin, müğənninin yeni albomu da təqdim olunacaq.

Fuad Mədətov
AzNews.az

Bağla X