00:09
(077) 610-22-33

Aygün Bayramova toyundan danışdı: “Heç vaxt inanmazdım ki, belə...”

  • >
70 740 12 May 2017 11:43 | Şou-biznes

“Çox xoşbəxtəm ki, belə bir qərar verdim.”

Bunu AzNews.az-a Xalq artisti, Opera və Balet Teatrının solisti Aygün Bayramova ailə qurması xəbərinə münasibətində bildirib. Onun sözlərinə görə, ailə qurduğu şəxsi sevib və ona həyat yoldaşı olmağa razılıq verib:

“Hərənin bir qisməti var. Mənim taleyim bu ilə yazılıbmış. Ailə qurmaq heç vaxt gec deyil. Belə bir məsəl var, gec olsun- güc olsun. Əsas odur ki, bir-birimizi sevdik, tanıdıq. Ürəyimcə olan bir sevgidir. Sevdiyim şəxs iş adamıdır, kimliyini açıqlamıram. Heç vaxt inanmazdım ki, nə vaxtsa belə sevə bilərəm.”

Aygün Bayramova toyun harada keçiriləcəyini açıqlamaq istəmədi:

“Mayın 23-ü toydur. Hazırda başım toy işlərinə qarışıb”.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X