04:10
(077) 610-22-33

Elariz “Greencard” udmasından danışdı: “Amerikada nə işim var?”

  • >
13 607 22 May 2017 11:56 | Şou-biznes

Müğənni Elariz Məmmədoğlu adının "Greencard” lotereyası siyahısında olmasından danışıb.

Müğənni AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib:

“Nə “Grencard”, nə Elariz? Mən bəyəm lotoreya oynayıram? Bunu sizdən eşidirəm. Amerikada nə işim var. Mən hazırda Hindistana getməyə hazırlaşıram, gəzib-dolanıb, gələcəm. Mənim adım o siyahıda necə çıxıb?”

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu dəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var.

Bahar RÜSTƏMLİ

AzNews.az

Top xəbərlər
Bağla X