11:22
(077) 610-22-33

Bundan sonra Üzeyir-Rəqsanə cütlüyü – FOTO

  • >
1 807 9 Fevral 2013 10:54 | Şou-biznes

“Rəqsanə deyir ki, Üzeyir başqa tərzdə təqdim olunacaq”



Bayağı mahnıların ifaçısı kimi tanınan, müğənni Üzeyir Mehdizadə həmkarı Rəqsanə İsmayılovayla duet oxuyacaq.

Bu barədə AzNews.az-a R.İsmayılovanın mətbuat katibi Zəminə Rüstəmova məlumat verib. O, bildirib ki, hazırda Ü.Mehdizadə Moskvada R.İsmayılovanın qonağıdır.

"Onlar birgə maraqlı layihə üzərində çalışırlar. Bu fərqlilikdə dinləyiciləri onu tanıya bilməyəcək. Hər ikisinin sənəti Moskvada tələb olunandır. Onlar mütəmadi tədbirlərə qatılırlar. Qərara gəldilər ki, birgə layihə hazırlasınlar", - müğənninin mətbuat katibi deyib.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova da Üzeyir Mehdizadə ilə duet oxuyub.

Fuad Mədətov
AzNews.az

Bağla X