Türkiyəli məşhur müğənni Yılmaz Morgül bədəninə tatu etdirib. Türkiyəli məşhur müğənni Yılmaz Morgül bədəninə tatu etdirib.

Dəri xərçəngindən sağalan müğənni yenidən tatu etdirdi- FOTO

Türkiyəli məşhur müğənni Yılmaz Morgül bədəninə tatu etdirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Morgülün pop janrına keçməsi olub.

Morgül əvvəllər ərəbesk tərzində mahnılar ifa edib. Onun yeni albomu isə pop janrında mahnılardan ibarətdir.

Morgül 1996-cı ildə dəri xərçəngi xəstəliyindən əziyyət çəkib. Lakin Amerika Birləşmiş Ştatlarında müalicə alaraq ölümcül xəstəlikdən sağalıb. Xəstəliyin yenidən baş qaldırması riskinə baxmayaraq onun yenidən bədəninə tatu etdirməsi skandala səbəb olub.

Bir sıra müğənnilər, o cümlədən, Onur Akay Morgülün tərzini tənqid edib.

“Türk sənət musiqisində məni Bülənt Ərsoyla yalnız qoydu. Yeni imicin xeyirli olsun, amma daha əvvəl cildində problem yaşamışdın. İnşallah yeni döymələrin problem yaratmaz” – deyə Akay qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az