Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın onun yolu ilə getdiyini deyib. Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın onun yolu ilə getdiyini deyib.

Natavan Aygünün möhtəşəm konsertinə kölgə saldı - Fanatlar arasında dava

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın onun yolu ilə getdiyini deyib.

AzNews.az xəbər verir ki, müğənni Aygün Kazımovaya “Crystal Hall” səhnəsində ondan düz 3 il əvvəl konsert verdiyini xatırladıb.

“Düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.

Natavanın bu mesajı sosial şəbəkədə hər iki sənətçinin heyranları arasında qalmaqal yaradıb. Aygün Kazımova fanatları vasitəsi ilə ona tutarlı cavablar göndərdib. Bunu anlayan və təhqirlərə məruz qalan Natavan Həbibi instaqram səhifəsində şərh bölməsini bağlayıb.

Amma Natavan ona qarşı edilən hücumların qarşısını almaq, Aygün Kazımovanın fanatları qarşılaşmamaq üçün həmkarına uğurlar arzulayıb: “Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra…Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər. Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki, yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz”.

Bahar RÜSTƏMLİ

AzNews.az