“Biz dünyaya Üzeyir Hacıbəyov, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqisini tanıtdırmaqdansa, görun nə hallara düşüruk”. “Biz dünyaya Üzeyir Hacıbəyov, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqisini tanıtdırmaqdansa, görun nə hallara düşüruk”.

Şair oğlundan “Ayə, harayə gedirsən, əyə?” ifasına ağır cavab: “Dana kimi böyür...”

“Biz dünyaya Üzeyir Hacıbəyov, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqisini tanıtdırmaqdansa, görun nə hallara düşüruk”.

AzNews.az xəbər verir ki, bunu mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli “Pantomima” teatrının aktyoru Vüsal Rzasoyun AzTV-də yayımlanan “Müasir Azərbaycan Gəncliyi” verilişindəki “Ayə, harayə gedirsən, ayə?” adlı mahnısına münasibətində deyib. Rəşad Kəsəmənli baş verənləri Azərbaycan mədəniyyəti üçün biabırçılıq adlandırıb:

“Nə "gözəl" mahnıdı, adam lap "feyziyab" olur. Biabırçılıqdı... günah beləsini efirə buraxandadı. Demək ki, indi saç uzadıb, cırıq şalvar geyinib, bir az gitara calmağı öyrənib və dana kimi böyürməryi bacardınsa, artıq ulduz olmağa namizədsən. Təəssüf....”

Qeyd edək ki, AzTV-nin efirində yayımlanan “Müasir Azərbaycan Gəncliyi” verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İfaçının proqramda “Ayə, harayə gedirsən ayə?” çıxışı studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.

Bahar RÜSTƏMLİ
AzNews.az