08:29
(077) 610-22-33

“Rihannanı döydüyüm üçün peşmanam”

  • >
512 28 Fevral 2013 10:53 | Şou-biznes

Repçi Kris Braun bu məsələ ilə bağlı ilk dəfə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, 2009-cu ildə pop-ulduz Rihannanı vəhşicəsinə döyən repçi sevgilisi Kris "Oscar" mükafatlandırma mərasimindən sonra verilən ziyafətdə bu barədə danışıb:

"Onu döydüyüm üçün hər kəsin önündə yenidən üzr istəyirəm. Həyatdakı ən böyük səhvim və peşmanlığım ona əl qaldırmaqdır. Elədiyim hərəkət qorxuncdur. O vaxtdan bəri böyüdüm, şöhrətə qarşı necə hərəkət edəcəyimi öyrəndim. Rihannanın etibarını və sevgisini yenidən qazanmaq üçün çox səy göstərdim. İndi bağışlanmışam və buna görə çox xoşbəxtəm".
Bağla X