- Köhnə - Şou-biznes
- 16 Yanvar 2018 12:40
- 7 347
Nura Suriyə qoyulan qadağa götürüldü - Video
ATV telekanalı tanınmış müğənni Nura Suriyə qoyduğu qadağanı aradan qaldırıb.
AzNews.az xəbər verir ki, müğənni bu gün sözügedən kanalda Yusif Ağayevin aparıcı olduğu “10-dan sonra” verilişində qonaq olub. Nura həmin çıxışı ilə bağlı sosial şəbəkədə video paylaşıb. Onun aylar sonra ATV kanalında tamaşaçıların görüşünə gəlməsi sevincə qarşılanıb.
Qeyd edək ki, Nura Suriyə ATV-nin sabiq rəhbəri Vüqar Qaradağlı tərəfindən qadağa qoyulmuşdu. Müğənni bununla bağlı mətbuata müsahibəsində bildirmişdi.
Bahar RÜSTƏMLİ
AzNews.az