Aktrisa Tunay Əliyeva və həmkarı Pərvin Abıyevanın bir-birinə qarşı qaldırdıqları iddia ilə bağlı məhkəmə keçirilib. Aktrisa Tunay Əliyeva və həmkarı Pərvin Abıyevanın bir-birinə qarşı qaldırdıqları iddia ilə bağlı məhkəmə keçirilib.

Tunayla Pərvinin məhkəməsi başlandı: “Təzminatı 200 minə qaldıracağam”

Aktrisa Tunay Əliyeva və həmkarı Pərvin Abıyevanın bir-birinə qarşı qaldırdıqları iddia ilə bağlı məhkəmə keçirilib.

Bunu AzNews.az-a açıqlamasında Tunay Əliyevanın vəkili Adəm Məmmədov deyib. Onun sözlərinə görə, Pərvin Abıyeva onlara qarşı 200 min manatlıq təzminat davası açıb:

“Dünən məhkəmənin ilk hazırlıq iclası keçirildi. İclasda məlum oldu ki, Pərvin Abıyeva Tunay Əliyevaya qarşı 200 min manatlıq təzminat davası açıb. Eyni zamanda, üzr istəmək tələbi də var. Biz isə ona qarşı 100 min manatlıq təzminat iddiası qaldırmışıq. Bundan əlavə, Pərvin Tunay haqqında səsləndirdiyi ifadələrə görə üzr istəyib, təkzib verməlidir”.

Adəm Məmmədov qeyd edib ki, Tunay Əliyeva Pərvin Abıyevaya qarşı qaldırdığı iddia ərizəsində təzminat məbləğini 200 min manata qaldıracaq.

Qeyd edək ki, hər iki aktrisa sosial şəbəkələrdə və mətbuatda bir-birinin ünvanına təhqiredici ifadələr işlədib.

Bahar RÜSTƏMLİ
AzNews.az