Müğənni Emma Ələkbərzadə köklüyün səhhətində bir çox problemlər yaratdığını etiraf edib. Müğənni Emma Ələkbərzadə köklüyün səhhətində bir çox problemlər yaratdığını etiraf edib.

"Təzyiqdən ağzım əyildi" - Emma Ələkbərzadə

Müğənni Emma Ələkbərzadə köklüyün səhhətində bir çox problemlər yaratdığını etiraf edib.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, yüksək hipertoniyadan əziyyət çəkib:

“Bəzi xanımlar oturub uşaq tərbiyə etməkdənsə, sosial şəbəkədə tənqid yazırlar. Kök olanda pisləyirdilər, arıq olanda da deyirlər xəstədir. Səhnəyə görə arıqlasaydım, 2000-ci ildə edərdim. Yüksək hipertoniyadan əziyyət çəkirdim. Cavan insanda təzyiq 220 olurdu. Bir dəfə çəkilişdən qayıdanda təzyiq qalxdı və ağzım əyildi, qulağımın dibində durdu.

İki dəfə həkimlər məni həyata qaytarıb. Dedilər ya arıqlamalısan, ya da... Qorxdum və arıqladım. Savadlı həkimlərin məsləhəti ilə arıqlamaq lazımdır. Gündə kartof yesən arıqlayacaqsan. Onu suda saxlayanda, nişastası çəkilir. Amma kartofdan başqa heç nə yeməməlisiniz. Cek Nikolson 25 kiloqram şokolad yağı yeyib və arıqlayıb. Amma adam ondan başqa heç nə yemirdi. Arıqlamaq asandı, onu saxlamaq çətindir”.