Türkiyəli məşhur müğənni Hadisənin anası və bacısı arasında yaranan mülk mübahisəsi ilə bağlı qalmaqal böyüyür. Türkiyəli məşhur müğənni Hadisənin anası və bacısı arasında yaranan mülk mübahisəsi ilə bağlı qalmaqal böyüyür.

“Sənin məhvini gözləyirəm” - Hadisə ilə bacısı arasında söz dueli

Türkiyəli məşhur müğənni Hadisənin anası və bacısı arasında yaranan mülk mübahisəsi ilə bağlı qalmaqal böyüyür.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin bacısı ilə arasında olan gərginlik sosial şəbəkələrdə yayılıb. Bacısı Hülya Açıkgöz Hadisenin İnstagramda paylaşdığı fotonun altından “İntiqam çox gözəl sözdür, səncə də?” yazıb. Hadisə isə cavabında “İntiqammı? Yox, mən çox tənbələm. Burda oturub, sənin məhv olmağını izləməyi üstün tuturam” deyib.

Çox keçmədən Hülya öz İnstagram hesabında “Bax gör nələr edəcəyəm, həyatında təkcə sosial şəbəkə qalacaq. Necə də acınacaqlı hekayədir” yazıb.

Qeyd edək ki, müğənni vergi ödəməmək üçün Türkyədəki bütün daşınmaz əmlakını bacısının adına alıb. İndi Hülya həmin mülklərin özünə aid olduğunu iddia edir, Hadisəyə heç nə verməyəcəyini deyir. Bu səbəbdən Hadisə məhkəməyə üztutub. Bacılar məhkəmədə üzləşəcək.

Nigar CƏFƏR
AzNews.az