Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova sosial şəbəkədə ona təhqir yazan izləyicilərdən danışıb. Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova sosial şəbəkədə ona təhqir yazan izləyicilərdən danışıb.

Xalq artistinin qızı onu təhqir edəni söhbətə çağırdı: “Gəl görüşək…”

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova sosial şəbəkədə ona təhqir yazan izləyicilərdən danışıb.

AzNews.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, onu təhqir edən izləyicisini söhbətə çağırıb: “Mən susmuram, söyənin cavabını dərhal verirəm. Ya da mesaj yerinə yazıram ki, belə cəsarətlisən, gəl görüşək, təhqiri üzümə de. Sözlərimdən sonra məni “blok”a atırlar.

Azərbaycanda tənqid və təhqir olunan yeganə müğənni mən deyiləm. Amma bunun da bir həddi var. Tənqid normaldır, amma təhqirə keçənlər barədə bir ölçü götürlməlidir.

Bundan sonra mənə təhqir yazanlar barəsində hüquqi şəkildə də cavab veriləcək”.