22:07
(077) 610-22-33

“Kişi də arvadına ailəsini söydürər?”

  • >
306 4 May 2013 11:45 | Şou-biznes

Musanın qardaşı: “Təranə, buna görə Niyammədin Musayevə cavab verəcəksən”



Müğənni Təranə Qumralla Musa Musayev "dastan"ı gözlənilməz sonluqla özünün məntiqi yekununa yaxınlaşmaqdadır. Belə ki, həyat yoldaşı Təranəni xəyanətdə suçlayan M.Musayev sonradan bunu əsəbləşərək etdiyini bildirdi və bunun ardınca Təranə "Bağışla sevgilim, bağışla məni" adlı mahnı həsr etdi.

Bu mahnıya qulaq asan T.Qumral ərinin bütün dedeiklərinə baxmayaraq, onu bağışlayaraq bağrına basdığını deyib. Bütün bu baş verənlərə görə, Musayevlər ailəsini ittiham edən Təranə Qumral onları "nemes" adlandırıb.

Xalq artisti Musa Musayevin qardaşı Əli Musayev isə AzNews.az-a açıqlamasında dedi ki, "nemes" də, faşist də Təranənin ailəsidir: "Faşist onun özüdür, sonra da ailəsi. Təranənin faşist adlandırdığı Musayevlər ailəsi Azərbaycan respublikasında çox tanınmış bir ailədir. Bu ailənin ağsaqqalı sayılan Niyammədin Musayevə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə fəxri ad, orden verilib. Belə bir adam, belə bir ailə faşist ola bilməz. O, utanmır ki, belə bir ailəyə çamur atır? Təranə, gör, sən kimə ilişirsən? Buna görə Niyammədin Musayevə cavab verəcəksən. Sənə ar olsun".

Daha sonra isə qardaşını suçlayan Əli Musayev bunları deyib:."Musa küçələrdə qalacaq. O, bizim üçün ölüb. Utanmır, nanəcib. Kişi də arvadına ailəsini söydürər? Sənin o ailədə kişi rolun nədir? Sən bir "xanıma" görə bütün ailəni satdın".

Bahar Rüstəmli
AzNews.az

Bağla X