14:02
(077) 610-22-33

Brilliant Dadaşova: “Bədən ölçülərimi deyə bilmərəm“ - VİDEO

  • >
761 15 May 2013 19:10 | Şou-biznes

Azərbaycanın xanım sənətçiləri "ATV" telekanalında yayımlanan "Onlar" verilişinə bədən ölçülərindən danışıb.


Xalq artisti Brilliant Dadaşova - Bədən ölçülərimi deyə bilmərəm. Amma paltar tikdirəndə dərzilər həmişə deyirlər ki, bəh-bəh əsl modelsən. Özümü heç bir dünya ulduzuna bənzətmirəm. Mən özüm dünya məşhuruyam, qoy, onlar mənə oxşasın.

Xalq artisti Məleykə Əsədova - Bədən ölçülərim 90-60-90-dır. Mən aktrisa Culiya Robertsi çox xoşlayıram və ona bənzədiyimi düşünürəm. Amma o, bir az daha zəifdir.

Müğənni Natavan Həbibi - 90-60-90 bədən quruluşu mənə uyğun deyil. Əgər boyum 1.78-1.80 olsaydı, həmin ölçü mənə yaraşardı. Müğənni Selena Qomez eynən mənə bənzəyir.

Müğənni Ayan Babakişiyeva - Bədən ölçülərim 90-62-90-dır. Özümü model Viktoriya Bekhemə bənzədirəm.

Müğənni Zarina - Şou-biznesin ən incə xanımlarından biriyəm. Məni müğənni Selin Diona bənzədirlər.

Müğənni Aysel Əlizadə - Azərbaycan şou-biznesinin ən gözəl qızı özüməm. Bədən ölçülərim isə 85-58-60-dır. Çoxları hind aktrisası Ayşvariya Raya oxşadığımı deyir.//axsam.az//

AzNews.az

Bağla X