08:00
(077) 610-22-33

“On gün həbsdə qalmaq asan deyildi“- Tunar

  • >
441 16 May 2013 13:23 | Şou-biznes

“On gün həbsdə qalmaq asan deyildi. Ailəm və azadlığım üçün çox darıxırdım. Amma etiraf edim ki, həbsdən çıxanda sevinmədim. Çünki bu olmamalıydı, mən həyatımda belə bir hadisə yaşamamalıydım”



Axşam.az sayının müxbirilə söhbətində bu sözləri yol polisinin keçirdiyi reyd zamanı saxlanılan və həbs edilən müğənni Tunar Rəhmanoğlu deyib.

Həbsdən çıxdıqdan sonra ilk açıqlamasını verən Tunar onun barəsində çıxarılan qərarla razılaşmır:

"Mənim heç bir günahım yox idi. Bu, mənə qarşı əvvəlcədən hazırlanmış tələ idi. Məni oyuna gətirdilər. Bu haqda yaxın günlərdə ətraflı açıqlama verəcəyəm".
Xatırladaq ki, Tunar mayın 4-də polisin qanuni tələbinə məhəl qoymayaraq idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməyib. Bu zaman yol polisi əməkdaşları ilə müğənni arasında insident yaşanıb. Daha sonra hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları müğənnini saxlayaraq barəsndə inzibati tədbir görülməsi üçün məhkəməyə aparıb. Məhkəmə isə onun barəsində 10 sutka həbs və bir il müddətinə sürücülük hüququndan da məhrum olunması barəsində qərar qəbul edib.

Müğənni ötən gün həbsdən azad olunub.

AzNews.az
Bağla X