22:08
(077) 610-22-33

Aygünlə Brilliant bir arada

  • >
530 26 İyun 2013 14:03 | Şou-biznes

Ötən gün restoranlardan birində baş tutan müğənni Sibel Canın konsertinə şou-biznesin məşhur simaları qatılıb.

Son vaxtlar münaqişədə olan xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova da konsert keçirilən məkanda olub. Bir-birini görməməzlikdən gələn sənətçilər salam-sağol belə etməyib.

Brilliant Dadaşova Aygünün gəlişindən bir qədər sonra konserti tərk edib.

Qeyd edək ki, Sibel Can "Azərbaycanın Divası Aygün Kazımova" deyərək xalq artistini səhnəyə dəvət edib.

Cütlük türkiyəli qonağın istəyi ilə Aygünün "Alaturka" mahnısını duet şəklində oxuyub.

Möhtəşəm səsləri ilə bilinən iki məşhur xanımın çıxışı alqışlarla qarşılanıb.//axsam.az//

AzNews.az
Bağla X