10:33
(077) 610-22-33

Layihə rəhbəri: “Toy olsun” verilişinin bağlanmasının gerçək səbəblərini yalnız sizə eksklüziv danışıram”

  • >
11 842 18 Avqust 2012 06:32 | Şou-biznes

Prodüser Şahin Əhmədov özü isə rəqib telekanalın ən məşhur aparıcılarının biri ilə evlənəcək



"Toy olsun"un prodüseri Şahin Əhədov verilişin bağlanması ilə bağlı AzNews.az-ın əməkdaşının suallarını cavablandırıb:


- "Toy olsun" verilişinin bağlanmasının əsas səbəbi nə oldu?


- Artıq 2 mövsüm davam edən verilişin bağlanma səbəbi reytinqin getdikcə azalması, iştirakçı olmaq istəyənlərin azalması və ən əsası da verilişə gələn insanların getdikcə qeyri-ciddiləşməsi oldu. 2 il davam edən veriliş birinci mövsümdə ən yüksək reytinqə sahib olub. Veriliş daxilində 30 cütlük evləndirdik. Bunlardan cəmi 4 ailə boşandı, qalanları isə xoşbəxtdir. Bəziləri ana olmağa hazırlaşır, bəziləri isə artıq öz övladlarını qucaqlarına alıblar.


- Bu verilişdə bir sıra prodüser dəyişdi. Bunun əsas səbəbi nə idi?


- "Toy olsun" əslində çox çətin bir veriliş idi. Cünki burda hər tipdən insan var idi və hərəsində bir problem var idi. Bu işdə işləmək üçün ya böyük səbrin, ya da uzun müddətli təcrübən olmalı idi... "Toy olsun" tək məndən, ya Ulviradan, Elgizdən ibarət deyildi, bu, bir komanda işi idi.


- "Toy olsun"da niyə evlənmədiniz?


- Orda evlənməyi fikirləşirdim, ancaq təəssüflər olsun ki, mənim bəyəndiyim birinə mən elçi düşməzdən əvvəl başqası talib çıxdı və evləndilər. Amma elə hazırda evlənməyə hazırlaşıram. Rəqib telekanalın ən məşhur teleaparıcısı ilə ailə həyatı quracam. Fikrimiz çox ciddidir və qısa zamanda toy gününü ilə mediaya bildirəcəyik. Hələ onu deyə bilərəm ki, bu aparıcı hər kəsin çox sevdiyi və pərəstiş etdiyi biridir. Artıq 1 ilə yaxındır ki, münasibətimizi rəsmiləşdirməyi qərara almışıq.


- Bu verilişin başqa evlilik proqramlarından fərqi nə idi?


- "Toy olsun"un fərqi çox idi. Məsələn, biz başqa şou-proqramlardakı kimi tamaşa qurmurduq. Digər fərqli cəhətlərdən biri isə hədiyyələri təkcə nümayiş etmirdik, nə göstərirdiksə, onları cütlüklərə hədiyyə olaraq verirdik.


- Bəs yeni yaradıcılıq planlarınız hansılardır?


- Hazırda "Toy olsun"un yerinə açılan verilişin də layihə rəhbəri mənəm. Veriliş yalnız qadınların sosial problemləri haqda olacaq və verilişi qadınların halından daha yaxşı anlaya bilən Ulvira Qarayeva aparacaq. İnanırıq ki, bu layihədə əvvəlki layihələrimiz kimi reytinqli olacaq


Əminə

AzNews.az

Bağla X