08:29
(077) 610-22-33

Çingiz Əhmədov: “ANS-in təklifini qəbul etmədim”

  • >
1 773 28 Avqust 2012 12:10 | Şou-biznes

"Mənə ANS-TV-də "Kamerton" adlı verilişin aparıcısı olmaq üçün təklif gəlib. Amma həmin layihənin ömrü iki aylıq olduğundan bununla razılaşmadım". Bunu AzNews.az-a aktyor, Əməkdar artist Çingiz Əhmədov dedi.

Ç.Əhmədov buna səbəb kimi Musiqili Komediya Teatrında işlərinin həddindən artıq çox olmasını göstərdi: "Mən bu mövsümdə teatrdan o qədər rol almışam ki, başımı qaşımağa belə vaxtım yoxdur. Sevindirici hal odur ki, mən tamaşaçıların görüşünə "Məşədi İbad" kimi sanballı bir obrazla gələcəm. Bu böyük və məsuliyyətli iş mənə həvalə olundu. Bundan başqa "Qızıl toy", və "Silindir" kimi əsərlərində rol almışam. Tamaşaların əksəriyyəti dövlət sifarişidir. Birinci növbədə dövlətin işi, sonra isə veriliş aparmaq... Teatra bağlı olan adam, bu məkansız yaşaya bilmir".

Lalə
AzNews.az
Bağla X