18:58
(077) 610-22-33

Müğənniyə qramafon hədiyyə etdilər – Ad günündə

  • >
2 280 3 Aprel 2014 14:24 | Şou-biznes


Müğənni İradə İbrahimova doğum günü ilə bağlı sevincini həmkarları ilə paylaşıb.

Bu barədə AzNews.az-a danışan müğənni özəl günündə təəssüratlarını məbuatla bölüşüb: "Allaha şükür edirəm ki, bu yaşımı görməyi mənə nəsib edir. Bu gün axşam ailə üzvlərimiz və dostlarla bir məkana toplaşacağıq. Ən önəmlisi isə bu ad günümdə bacım Nigar yanımdadır".
O deyib ki, ilk təbriki bacısından, həyat yoldaşı Ceyhundan alıb: "Hədiyyələrini isə bu gün təqdim edəcəklər. İlk hədiyyəm qaynatamdan oldu - antik qramafon. Mənim üçün çox dəyərli hədiyyədir".

Bahar Rüstəmli
AzNews.az
Bağla X