18:31
(077) 610-22-33

Gözəllik yarışmasında münsifləri niyə döyüblər?

  • >
954 30 Avqust 2012 20:10 | Şou-biznes

Azər Atakişiyev: “Yarışmanı pul qazanmaq üçün keçirirlər”



Məlum olduğu kimi, Azərbaycanda keçirilən "Miss Civilization" gözəllik müsabiqəsində qalmaqal yaşanıb. Səbəb isə hələ də tam olaraq aydın deyil. Bununla bağlı 2010-cu il Azərbaycanın Best Modeli Azər Atakişiyev fikirini AzNews.az-a bölüşüb: "Müsabiqə lazımi qədər populyar olmadığından mən heç onu izləməmişəm. Amma KİV vasitəsilə və dost-tanışlardan aldığım məlumata görə, müsabiqədə böyük biabırçılıq olub. Bir çoxları nəticə ilə razılşamayıb və münsiflər heyətinin üzvlərini döyüblər".

Onun sözlərinə görə, əsas problem isə kimin ağlına hansı ideya gəlsə, onu həyata keçirməsidir: "Buna niyə yol verirlər, bilmirəm. Müsabiqəni keçirirlər, ancaq nəticəsinin arxasında dayanmırlar. Qalib model üçün də heç bir iş qura bilmirlər. Onlarınkı müsabiqəni keçirmək, kimisə təltif etməkdir. Bəs sonra? Xarici ölkələrdə isə səhnədə uğur qazanan hər bir kəsin yolu açıq olur". Həmsöhbətimizin fikrincə, bu kimi müsabiqələrin daha çox təşkilatçıları yox, iştirakçıları biabır olur.

O bildirir ki, layihəni həyata keçirən şəxslər sadəcə pul qazanır, ancaq ortada əhəmiyyətli bir iş yoxdur: "Mən müsabiqədə qalib gələn xanımı görməmişəm, amma yenə də bir həmkarım kimi ona uğurlar arzu edirəm. Ümid edirəm ki, bu onun üçün bir başlanğıc nöqtəsi olar".

Əminə
AzNews.az
Bağla X