06:31
(077) 610-22-33

Səxavət Nur həmkarı Könül Yusifqızını təhqir etdi

  • >
1 606 7 Sentyabr 2012 12:27 | Şou-biznes

"Space"-də efirə gedən "Bizi barışdırın" verilişinin aparıcısı Könül Yusifqızının avtomobil qəzası keçirməsi və maşının bərbad vəziyyətə düşməsi, sonra iş adamlarından birinin ona "AUDİ TT" markalı maşın hədiyyə etməsi barədə məlumat yayılıb.

Bu xəbər bəzi teleaparıcıları hiddətləndirib. Teleaparıcı Səxavət Nurun reaksiyası isə daha sərt olub. O öz facebook səhifəsində belə xəbərlərin yayılmasının reklam xarakterli olmasını yazıb.

Onun fikrincə, Könül kimi aparıcılara heç kim maşın hədiyyə edə bilməz: "Bir vaxtlar bir-iki "qı-ji" müğənniciyin gic-gic hərəkəti sayəsində bu sənətin adı pis oldu. İndi də bir-iki dəfə efirə çıxıb, saytlarda tanınmış teleaparıcı kimi qələmə verilən "qı-ji" aparıcıların axmaq piarı, özünüreklam sayəsində aparıcı adı da ucuzlaşır!"

Əminə
AzNews.az
Bağla X