21:41
(077) 610-22-33

Namiq Qafarov hansı televiziyada işlədiyini bilmir

  • >
725 10 Sentyabr 2012 15:52 | Şou-biznes

"N-Brothers" qrupunun rəhbəri Namiq Qafarov Azərbaycan Mərkəzi Televiziyasına (AMT) direktor təyin olunub. Bu məlumatı AzNews.az-a Namiq Qafarov verib: "Hələ kanalın adı dəqiqləşməyib.

Amma deyilənə görə, Azərbaycan Mərkəzi Televiziyası olacaq. Orada mən baş prodüser işini icra edəcəm. Sözün düzü, başım buna qarışıb. 2-3 aydan sonra efirdə olacağıq. İndi buna hazırlıqlar gedir. Azərbaycan Mərkəzi Televiziyası şou-biznes, mədəniyyət və incəsənətə xidmət edəcək".

Milli Televiziya və Radio Yayımı Şurasından (MTRŞ) isə AzNews.az-a bildirilən məlumata görə, qurum rəhbərliyi tərəfindən Azərbaycan Mərkəzi Televiziyası (AMT) adlı kanala lisenziya verilməyib: "Belə bir telekanala lisenziya verməmişik. Bu adda kanalın varlığından da xəbərsizik. Ola bilsin ki, bu kanal internet televiziya şəkilində fəaliyyət göstərəcək".

Bahar
AzNews.az
Bağla X