22:34
(077) 610-22-33

Emmadan “Amerika bayrağı” qalmaqalına - REAKSİYA

  • >
2 623 6 Avqust 2014 09:45 | Şou-biznes

Müğənni Emma (Elmira) Ələkbərzadə həmkarı Elnarə Xəlilovanın onun haqqında yazdığı sözlərə cavab vermək istəmir.

Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, məsələdən xəbərdar olsa da, həmkarının onun haqqında yazdıqlarına cavab verməyə lüzum bilmir: "Əgər yaradıcılığım, səhhətim və digər məsələlər barədə soruşsanız, cavab verərəm. Bu söhbət mənim üçün bağlanıb".

Qeyd edək ki, Elnarə Xəlilova həmkarının "İnstaqram" səhifəsində profil şəkli kimi Amerika bayrağını paylaşmasına etiraz edərək belə bir status yazmışdı: "Şərhsiz... Atası azərbaycanlıdır. Soyadları Azərbaycana aiddir. Heç ondan gözləməzdim. Azərbaycanın çörəyini yeyib, suyunu içib, havasını udan canı da çıxmalıdır, belə bir ağır gündə Azərbaycan bayrağını paylaşmalıdır. Sevda Ələkbərzadənin səhifəsinə baxdım. O, bacısından fərqli olaraq yas saxlayır. İki bacı arasındakı fərq yerlə-göy qədərdir".

İntiqam Valehoğlu
AzNews.az
Bağla X