04:51
(077) 610-22-33

Cavidan Novruz: “Prodüserlər məndən 50-80 min manat pul tələb edirlər”

  • >
1 797 12 Sentyabr 2012 15:45 | Şou-biznes

Ramiz Novruz: “Oğlum demək istəyir ki, Türkiyədə işləmək Azərbaycanla müqayisədə daha rahatdır”



"Avrasiya yıldızı" yarışmasının qalibi, Xalq artisti Ramiz Novruzun Cavidan Novruz prodüsersiz qalıb. O Azərbaycanda prodüserlərlə işləməyin mümkün olmadığını bildirib: "Yerindən duran, prodüserlik işindən qəti anlayışı olmayan şəxslər mənə zəng edib, işbirliyi təklif edirlər. Əvəzindəsə, 50-80 min manat pul istəyirlər. İllərdir sənətdə olan, Türkiyə kimi bir ölkədə qalibiyyət qazanmış bir müğənnidən bu qədər pul istəmək çox gülüncdür"

Xalq artisti Ramiz Novruzun AzNews.az-a verdiyi açıqlamaya görə, o, oğlunun hansı prodüserlərdən işlədiyindən xəbərsizdi: "Sözün düzü, mən Cavidanın prodüserlərini tanımıram. Hazırda o, qardaşı ilə bir yerdə çalışır. Prodüserlərdən bir, iki nəfərinə yaxınlaşıb, amma görünür danışıqları alınmayıb. Mən də onu azad buraxmışam ki, nəyə istəyirsənsə, özün nail ol. Hətta mən ondan xahiş etmişəm ki, atasının adından, titulundan istifadə etməsin. Bəlkə ona görə çətinliklər çəkir."

R.Novruzun sözlərinə görə, Türkiyədə işləmək Azərbaycanla müqayisədə daha rahatdır: "Bizim aləm hamıya bəllidir. Yəni, heç kəsdən gizlin deyil ki, burada hər addım üçün nəsə umurlar. Cavidan demək istəyir ki, Türkiyədə işləmək Azərbaycanla müqayisədə daha rahatdır. Orada yaradıcı adamın işi axsamır. Burada isə hər şey pulla bağlıdır. Bir şeyi deyə bilərəm ki, Cavidan bunu deyəndə televiziyaları nəzərdə tutmayıb. O, Azərbaycana çox bağlı adamdır. Türkiyədən ona dəvətlər gəldi. Amma o, birini də qəbul etmədi. Gülbən Ərgənin özü də nə qədər etdisə, mümkün olmadı. Sənət adamı çox səbirli olmalıdır. Amma oğlum nədənsə səbirsizlik edir. Bu da gənclikdən gələn bir şeydir. Mən ona ata kimi tövsiyəmi vermişəm. Demişəm ki, ən pis xəstəlik tez tanınma xəstəliyidir. Çalış ki, ondan qaçasan".

"N-brathers" qrupunun rəhbəri Namiq Qafarov bu məsələdə Cavidanla həmrəy olduğunu dedi: "Bəzi prodüserlər var ki, böyük pul istəyir. Amma mən bilirəm ki, Cavidan onu kimin, hansı prodüserin ünvanına deyib".

Bahar
AzNews.az
Bağla X