Seda Sayan göz yaşlarına hakim ola bilmədi

Məşhur müğənni Seda Sayan Sinan Çətinin çəkdiyi "Çanaqqala Uşaqları" filminin təqdimat mərasimində göz yaşlarına hakim ola bilməyib.

Bu kövrəkliyi ilə medianın diqqətini çəkən müğənni filimdə övlad itkisinə dözə bilmədiyini söyləyib: "Bir ananın övladlarını itirməmək üçün verdiyi səylər və sonra yaşadıqları məni dərindən sarsıtdı".

Qeyd edək ki, Sinan Çetinin filmində baş rolu öz həyat yoldaşı Rebekka Haas oynayır.

Əminə
AzNews.az