19:58
(077) 610-22-33

Nazpəri Dostəliyeva oğluna toy etdi

  • >
1 344 22 Sentyabr 2012 09:43 | Şou-biznes

Milli.Az xəbər verir ki, ötən gün Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva ikinci oğlu Əkbərə təmtəraqlı toy edib. Yüksək səviyyədə baş tutan məclis özəl bayram ab-havasında baş tutdu.

"Natiq" ritm qrupunun fərqli musiqili şousu ilə başlanan toyun açılışını edən şoumen Murad Dadaşov qonaqlara sürprizli konsert proqramı kimi bir gecə vəd edəcəyini anons etdi. Ardınca Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Afaq Məlikovanın hədiyyəsi kimi peşəkar rəqqaslar meydanda fərqli performans sərgilədirlər.

Ardınca Nazpəri xanım qudaları ilə birlikdə qonaqlarını salamladı: "Şadam ki, böyük oğlum Əlinin xoşbəxt ailəsi var. Bugün də Əkbər balam öz yarı Ülkənə qovuşub, bəy kürsüsündə əyləşdi. Mən həm sənətkar, həm də bir ana kimi xoşbəxtliyin dadını çıxarıram. Allah-Təala bütün valideynlərə övladlarının xeyir günlərini görməyi nəsib etsin".

Bu çıxışdan sonra toyun haradasa rəsmi hissəsini bitmiş hesab etmək olardı. Aparıcı və toyun əsas müğənnisi kimi səhnəyə çıxan populyar estrada müğənnisi Samir Piriyev həm özü oxudu, həm də tanınmış həmkarlarını təbrik etmək üçün səhnəyə dəvət etdi.

Bu toyu krallara layiq mötəbər və ilə damğasını vuran məclis də adlandırmaq olar. Qonaqlar üçün hazırlanmış masaların nəfis tərtibatla bəzədilməsi, səhnə və işıq effektlərinin, məkanın dizaynının mükəmməliyi bu sözlərimi təsdiqləyirdi.

Qonaqların kimliyinə gəlincə, ölkənin ən tanınmış ziyalıları, ictimai-siyasi xadimlərinin əksəriyyəti, o, cümlədən Nazpəri xanımın sənət dostları toya xüsusi sanbal verirdi.

Estrada ulduzu Röya Ayxanın sanki ev yiyəsi kimi ürəkdən oxuyub rəqs etməsi də diqqətimizdən yayınmadı. Əməkdar artist Mətanət İsgəndərli isə sırf Əkbər və Ülkənin istəyi ilə ən sevimli mahnılarını səsləndirmiş oldu.

AzNews.az
Bağla X