- Köhnə - Şou-biznes
- 28 Sentyabr 2012 16:50
- 6 556
Kişi müğənnilər bir-birilərini söydülər – QALMAQAL
"Bir məqamı da deyim, mən Nadir Qafarzadə tərəfindən özümə qarşı hörmətsizlik görmüşəm. Bu adamın 40 yaşı var, amma özünü biabırçı kimi aparır. Deməli, bir dəfə toydayıq, mən oxuyan kimi, Nadir Qafarzadə stolun altına girdi, ifamı eşidəndə gizləndi. Bu, onun tərəfindən çox biabırçı bir hərəkət idi".
N.Qafarzadəylə əlaqə saxlayıb, məsələyə aydınlıq gətiməyə çalışdıq. Müğənni AzNews.az-a açıqlamasında Sabirin ona qarşı fikirlərinə kinayəli və kəskin cavab verdi: "Belə bir şey olmayıb. Yadımda da deyil. Kimdir o oğlan? Mən onu tanımıram, işimlə məşğulam. Öpürəm onu! Vəssalam. Uğurlar arzu edirəm! Mən boş-boş şeylər fikir vermirəm. Onun yaşı qədər mənim stajım var. Ona görə, getsin, işiylə məşğul olsun".
Fuad Mədətov
AzNews.az