02:34
(077) 610-22-33

Nazpərinin bacısının “Ferrari” sahibindən yeni maşın - Tələbi

  • >
3 314 6 Oktyabr 2015 17:06 | Şou-biznes

Bu günlərdə Bakının Heydər Əliyev prospektində “Ferrari” və “Ford” avtomobillərinin toqquşması nəticəsində baş vermiş avtomobil qəzası haqda yeni nüanslar məlum olub.


AzNews.az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin qəzada zərərçəkən 10 SV 773 dövlət nömrə nişanlı, "Ford" markalı avtomobilin sürücüsü, xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva qəzaya səbəb olan "Ferrari"nin sürücü olan xanımdan yeni avtomobil tələb edir.



Məlumata görə, qəzada günahkar olan tərəf müğənninin bacısına əzilmiş avtomobilini istənilən avtoservisdə təmir etdirməyə hazır olduğunu çatdırıb. Ancaq Zeynəb Dostəliyeva bununla qane olmur və günahkar tərəfdən ona eyni model yeni avtomobil alıb verməyi tələb edir.

Həmin "Ferrari"nin sürücüsünün qadın olduğu məlum olsa da kimliyi barədə çox məhdud informasiyalar var. Qəza zamanı avtomobilin nömrə nişanı üzərində olmayıb. "Ferrari" ya nömrəsiz idarə olunurmuş, ya da qəzadan sonra sürücü nömrəni açaraq hadisə yerini tərk edib.



Bununla belə avtosfer.az saytı dəqiqləşdirib ki, həmin "Ferrari"nin dövlət nömrə nişanı 10 SN 009-dur. Sosial şəbəkələrdə bu avtomobilin çoxsaylı fotolarına rast gəlmək olar.

İnstagram istifadəçiləri yazır ki, bu, şəhərdə sahibi qadın olan tək "Ferrari"dir. Onun yüksək rütbəli şəxslərdən birinin yaxını olduğuna dair məlumatlar var.
Bağla X