11:58
(077) 610-22-33

Polis Akademiyasının Nizamnaməsi təsdiqləndi - Fərman

  • >
1 729 4 Avqust 2016 19:39 | Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.


AzNews.az xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.
Bağla X