- Köhnə - Siyasət
- 10 Avqust 2016 10:58
- 2 720
Bağdadda doğum evində yanğın - 11 körpə öldü
Bu gün Bağdaddakı doğum evlərindən birində güclü yanğın baş verib.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 11 körpə həlak olub. 29 qadın və 7 körpə digər xəstəxanaya köçürülüb.
İlkin ehtimala görə, yanğın elektrik naqilindəki nasazlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.