10:15
(077) 610-22-33

HaykAnuşizm

  • >
2 183 28 Noyabr 2011 09:06 | Siyasət

Cümşüd Nuriyev



Ötən həftə Bakıda keçirilən Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının VII Baş Assambleyasında Ermənistanın "İrs" partiyasının sədri, sabiq xarici işlər naziri R.Ovannisyanın çıxartdığı "hoqqalar" bir tərəfdən erməni xislətini sərgilədisə, digər tərəfdən bizim bu etnik korporasiyanı hələ də tanıya bilmədiyimizi gündəmə gətirdi.
Tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə siyasi dividentlər qazandırdı. Birincisi, bizi dünyaya "vəhşi" təqdim etmək üçün milyonlar xərcləmiş erməni təbliğatı bir daha "suya" düşdü. Ikincisi, ölkəmizin iqtisadi inkişafı gələnlərin göz "yaddaşına" "həkk" olundu. Üçüncüsü, turizmin perspektivində yeni "səhifələr" açıldı. Dördüncüsü, Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdıra bildik və s.

Bütün erməni mətbuatı yazır ki, "R.Ovannisyan ilk dəvətdən R.Səfərovun əfv olunması ilə əlaqədar imtina edib. Lakin təşkilatçılar onu yenidən dəvət etməklə bərabər, ona hər cür çıxış etmək şəraitinin yaradılacağı barədə zəmanət verəndən sonra gəlməyə razılıq verib". Əvvəlcədən Azərbaycanın daxili işinə qarışacağını bəyan edən bu hay(sız)a təkrar dəvət veriləndə Azərbaycan tərəfi buna niyə razılıq verirdi?

Bu qədər siyasi "kor" olan insanlar siyasətlə məşğul olmamalıdırlar. Birincisi, onların siyasi cəhətdən uzaqgörən olmaması üzündən, Cənab prezident İlham Əliyevin R.Səfərovla bağlı imzaladığı əfv fərmanı siyasi alver predmetinə çevrildi. İkincisi, təkidlə R.Ovannisyanın Bakıya gətirilməsində hansı siyasi dividend əldə olunacaqdı (və əldə olundumu?)? Üçüncüsü, nədən erməni təxribatının ola biləcəyini proqnozlaşdıra bilmədiniz? Dördüncüsü, əgər proqnozlaşdırmışdınızsa, niyə tarixi faktlar əsasında tutarlı cavab vermədiniz? Axı ermənilərin bu torpaqlara gəlmə olduğunu təkcə bizim deyil, dünyanın bir çox alimləri də sübut etmişdir.

Hələ bu günə qədər də bu etnik korporasiyanın genezisi haqqında konkret elmi fakt yoxdur. Erməni tarixinin "atası" M.Xorenatsi bugünkü etnik korporasiyanın ulu babasının Nuh peyğəmbərin nəslindən olan Hayk olduğunu iddia edirdi. Amma hələ də hay alimləri "erməni dövlətinin tarixini" yazıb təqdim edə bilməyiblər. Çünki tarix ancaq elmi mifologiyadan və saxtalaşdırmalardan ibarət deyil.
2003-cü ildə dərc olunmuş "Britannik" ensiklopediyasının "Qədim və müasir Ermənistan" bölməsinin "Ermənistan" məqaləsində qeyd olunur ki, elmi cəhətdən haylar "köçmə-qarışma", daha doğrusu miqrasiya etməklə formalaşmış etnokorporativ qrupdur (bax əlavəyə). Məhz Raffini də təxribatlara əl atmağa məcbur edən tarixi faktların onların əleyhinə olmasıdır.

Unutmamalıyıq ki, bizim qarşımızda öz yalanını həqiqət kimi dünyaya sırımaq istəyən hiyləgər və eyni zamanda xəstə HaykaAnuş törəmələri var. Onlara özlərinin sevimli şairi Ovanes Tumanyanın dili ilə cavab vermək istəyirəm: "Başqa yol yoxdur. Həqiqi xilas daxildən gəlməlidir, bizsə daxildən xəstəyik".
http://www.armenianhouse.org/tumanyan/nonfiction-ru/people.html
Əlavə: Russell J. The Formation of the Armenian Nation // University of Los Angeles The Armenian People from Ancient to Modern Times. New York: St. Martin’s Press, 2004. p.19-36.; Шнирельман В.А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Алаев Л.Б. - М.: Академкнига, 2003. c. 39-40. 592 с.; Bournoutian G.A. A concise history of the Armenian People. Costa Mesa, California: Mazda Publishers, 2002. p. 17-18.; Hewsen R.H., Salvatico C.C. Armenia: a historical atlas. Chicago: University of Chicago Press, 2001. 341 p.; Zimansky P. Archaeological inquiries into ethno-linguistic diversity in Urartu // Drews R. Greater Anatolia and the Indo-Hittite language family: Papers presented at a Colloquium hosted by the Univ. of Richmond, March 18-19, 2000. Washington (D.C.): The Institute for the Study of Man, 2001. p. 15-27.;Redgate A.E. The Armenians. Oxford: Blackwell, 1998. p. 13-18,24., 332 p.; Suny R.G. Transcaucasia, Nationalism, and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia. Ann Arbor: The University of Michigan Press, 1996. p. 3., 543 p.; Astourian S.H. In search of their forefathers: National identity and the historiography and politics of Armenian and Azerbaijani ethnogeneses // Schwartz D.V., Panossian R. Nationalism and history: the politics of nation building in post-Soviet Armenia, Azerbaijan and Georgia. Toronto, Canada: University of Toronto Centre for Russian and East European Studies, 1994. ,p. 41-94.
Bağla X